“Target Archery Club” 2026-cı ildə təsis edilmiş müasir və peşəkar kamandan oxatma mərkəzidir. Klubun əsas məqsədi yüksək səviyyəli idmançıların yetişdirilməsi, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək nəticələrin əldə olunması və kamandan oxatma idman növünün Azərbaycanda daha geniş yayılmasıdır. Mərkəz həm peşəkar idmançılar, həm də bu idman növünə maraq göstərən şəxslər üçün beynəlxalq standartlara uyğun məşq mühiti təqdim edir. Klub daxilində 8 ədəd 18 metrlik və 3 ədəd 30 metrlik peşəkar atış zolaqları fəaliyyət göstərir. Təhlükəsizlik, komfort və keyfiyyət prinsipləri əsasında qurulan “Target Archery Club” idmançıların inkişafı üçün bütün zəruri şəraiti özündə birləşdirir.